Kürdlər ABŞ-a çağırış etdi: “Bizə yardım edin”

15 Yanvar 2016 10:06 (UTC+04:00)

Dünyada neftin qiymətinin sürətlə aşağı düşməsi Şimali İraq hökumətini hərəkətə keçirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Şimali İraqın xarici məsələlər üzrə nümayəndəsi Felah Mustafa Bekir ABŞ-a səslənərək, təcili kömək ediməsini istəyib.

Felah Mustafa Beki İŞİD-lə mübarizə aparmaq üçün büdcə vəsaitinin yetərincə olmadığını söyləyib: “İŞİD-in yaratdığı miqrantlar üzündən büdcəmiz çox kasaddır. Kürdlər və miqrantlara kömək etmək, terrorçulara qarşı vuruşan kürd döyüşçülərinin xərclərinin ödənilməsi üçün ABŞ-dan yardım göndəriləcyinə ümid edirik. Əgər bu yardım gəlməzsə, o zaman peşmərgənin İŞİD-lə mübarizəsi faydasız olacaq və terrorçular bizi bitirəcək”.

Vasif Həsənli