"Mançester Yunayted"dən "Real"a 75 milyon avro

16 Yanvar 2016 14:20 (UTC+04:00)

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xames Rodriqes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"Real"ın əsas heyətindən kənarda qalan kolumbiyalı futbolçunun komandadan ayrılmaq istədiyi bildirilir. Rodriqesin təzminat qiyməti 75 milyon avrodur. İngiltərə təmsilçisi Rodriqes üçün bu məbləğdən keçməyə razıdır.

Qeyd edək ki, Kolumbiya millisinin üzvü 2014-cü ildə "Monako"dan "Real"a transfer olunub.