Qəbələdə yaşayış evində partlayış: uşaq öldü

19 Yanvar 2016 13:36 (UTC+04:00)

Qəbələdə yaşayış evində qaz sızmasından partlayış baş verib, bir uşaq boğularaq ölüb.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, yanvarın 18-də saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Partlayış nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.