“Donuz qripi” həyəcanı: 80-dən çox insan özünü yoxlatdırdı

19 Yanvar 2016 17:24 (UTC+04:00)

Bu il Azərbaycanda 80-dən çox insan öz istəyi ilə “donuz qripi”nə görə müayinə olunub.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, müraciət edənlər qonşu ölkələrdə H1N1 virusunun yayılmasından narahat olub, müraciət ediblər. Onlardan qan nümunələri götürülüb. Qan nümunələrinin nəticələrinə görə Azərbaycanda “donuz qripi”nə yoluxma halı aşkarlanmayıb.

“Donuz qripi”nin əlamətləri mövsümi qripdən çox da fərqlənmir. Bu ilin yanvar ayı ərzində Taun Əleyhinə Stansiyaya 300-ə yaxın şəxs qrip müayinəsi ilə bağlı müraciət edib. Onların hamısı müayinə olunub və heç birində “donuz qripi” virusu aşkarlanmayıb.

Gülxar