Ukraynada 51, Ermənistanda 16, Rusiyada 5 nəfər öldü

20 Yanvar 2016 08:12 (UTC+04:00)

Rusiya və digər keçmiş Sovet respublikalarında donuz qripindən ölənlər var.

Publika.az xəbər verir ki, Rusiyanın səhiyyə rəsmiləri yanvarın 19-da Sankt-Peterburqda 5 nəfərin H1N1 virusundan öldüyünü, 310-dan çox adamın isə bu simptomla xəstəxanaya yerləşdirildiyini bildirib.

“Rospotrebnadzor”un sədri Anna Popovanın sözlərinə görə, yanvarın 1-dən bu yana Rusiyanın 17 vilayətində onlarla adam bu simptomla xəstəxanaya düşüb.

Ukraynanın səhiyyə nazirliyi isə yanvarın 19-da donuz qripindən 51 nəfərin ölməsini təsdiqləyib.

Ermənistanın səhiyyə nazirliyi də son həftələr bu virusdan 16 nəfərin öldüyünü bildirir.

Qazaxıstan rəsmiləri isə yanvarın 19-da bu virusdan ölkədə ilk ölüm halı qeydə alındığını deyirlər.