Zidanın ulduz fubolçu ilə arası dəydi - VİDEO

20 Yanvar 2016 21:12 (UTC+04:00)

“Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidanın kolumbiyalı ulduz Xames Rodriqes ilə arası soyuyub.

ANS-in məlumatına görə, “Real Madrid” “Sportinq” klubu ilə qarşılaşmada Zidan Xamesi 1-ci hissədən sonra oyuna salmaq istəyib.

Yarımmüdafiəçi Qaret Beyl oyunda zədə aldıqdan sonra fransalı mütəxəssis onu əvəz etmək istəyib. Zidan Xese ilə Xamesə isinmə hərəkətləri etməsini tapşırıb. Lakin kolumbiyalı ulduz məşqçinin tapşırığını həvəssiz yerinə yetirib. Nəticədə Beyli Xese əvəz edib.