AFFA Ermənistandan UEFA-ya şikayət edəcək

27 Mart 2014 09:58 (UTC+04:00)

Futbol Federasiyası Xankəndidə məşqçi kursları keçirir və kurslarda qondarma “Dağlıq Qarabağ Respublikası”ndan 8 məşqçi iştirak edir.

Publika.az xəbər verir ki, artıq AFFA məsələ ilə bağlı UEFA-ya şikayət məktubu göndərməyə hazırlaşır.

Məktubda ermənilərin bu addımının qanunsuz olması və bununla onların beynəlxalq hüquq normalarına qarşı çıxması vurğulacaq.

Qeyd edək ki, AFFA UEFA-nın məşqçilik nizamnaməsinə qoşulub və bu səbəbdən yalnız bizim milli federasiyamız öz ərazilərimizdə “C”, “B”, “A” və Pro lisenziyaları verən məşqçi kursları keçirmək hüququna malikdi.