Məlahət Abbasova Dubaya dəvət aldı – FOTO

25 Yanvar 2016 11:45 (UTC+04:00)

Türkiyədə yaşayan aktrisa, Azərbaycanın əməkdar incəsənət xadimi Məlahət Abbasova Dubaya dəvət olunub.

Publika.az xəbər verir ki, aktrisa açıqlamasında Dubaya “1001 gecə” serialının qəhrəmanlarından biri kimi dəvət olunduğunu bildirdib:

“1001 gecə” serialı Dubayda böyük marağa səbəb olub. Məşhur turizm şirkətlərindən biri Dubayın 7 ulduzlu “Atlantis” otelində keçirdiyi yubiley gecəsinə məni və ərəb ölkələrində oynadığı seriallarla tanınan aktrisa, dostum Ezgin Sumer ilə “Gecənin şərəf qonağı” olaraq dəvət almışıq. Bu dəvət mənə şərəf verdi”

İsa Şükürov