Nobel prospektində zəncirvari qəza – FOTOLAR

26 Yanvar 2016 10:41 (UTC+04:00)

Qarlı hava paytaxt ərazisində zəncirvari qəzalara səbəb olub.

Publika.az xəbər verir ki, Nobel prospektində 10-a yaxın avtomobil sürüşərək bir-birinə dəyib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun bildirdiyinə görə, baş vermiş zəncirvari qəza hadisəsi nəticəsində sürücülərə yalnız maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Qəza səbəbindən yolda avtomobillərin hərəkətində problem yaranıb.

Gülnar