Ronaldinyo Hindistanda ölümlə üz-üzə - VİDEO

26 Yanvar 2016 13:30 (UTC+04:00)

Braziliya futbolunun canlı əfsanələrindən sayılan Ronaldinyo qəzaya düşüb.

Publika.az xəbər verir ki, Hindistana futbol turnirinin açılışı üçün dəvət olunan braziliyalı top sehrbazı az qala uğursuz qəzanın qurbanı olacaqdı. Çoxsaylı pərəstişkarlarının alqış sədaları altında polis maşınına əyləşən Ronni məkandan ayrılarkən könəlmiş işıq dirəyi az qala faciəyə səbəb olacaqdı. Maşının qarşısında yerə çırpılan dirək xoşbəxtlikdən heş kimə xəsarət yetirməyib.

Pərviz Hikmət