Yadigar Məmmədli əməliyyat olundu

27 Mart 2014 13:01 (UTC+04:00)

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli beyin əməliyyatı keçirib.

Məlumatı aktual.az-a təsdiqləyən Yadigar Məmmədli deyib ki, əməliyyat həftənin əvvəlində gerçəkləşib.

Y.Məmmədli hazirda özünü yaxşı hiss etdiyini bildirib: “Vəziyyətim normaldır, beynimdə kiçik narahatlığım var idi, həkimlər əməliyyat olunmağımı məsləhət bildi. Hazırda müalicə olunuram”.