Elgiz Əkbəri Murad əvəz etdi

28 Yanvar 2016 10:45 (UTC+04:00)

ANS-in efirində gözlənilən dəyişiklik gerçəkləşib. “Günəbaxan” verilişi bu gün Murad Əzimzadənin təqdimatında efirə çıxıb.

Publika.az xəbər verir ki, o, ANS telekanalında “Ağıl dəryası” verilişinin aparıcısı kimi tanınıb.

Xatırladaq ki, Elgiz Əkbər qeyri-müəyyən müddətə efirdən uzaqlaşıb. O, öz açıqlamasında bunu tezliklə övladının dünyaya gələcəyi ilə izah edib.

İsa Şükürov