5 manatlıq əskinasın sirri - Foto

27 Mart 2014 14:07 (UTC+04:00)


Azərbaycanın 5 manatlıq əskinasının üzərində Orxon-Yenisey əlifbası və Gül Tigin kitabəsi çap olunub. Kitabədə yazılır: “Türk millətinin adı, sanı yox olmasın deyə, atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı, sanı yox olmasın deyə, məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum”.