Nəsrin Cavadzadədən qeyri-adi FOTOSESSİYA

29 Yanvar 2016 00:57 (UTC+04:00)

Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Nargis” jurnalı üçün maraqlı fotosessiya etdirib.

Ağ-qara geyimdə fotokamera qarşısına keçən aktrisa qeyri-adi aksessuarlarla zənginləşdirdiyi stili ilə maraq doğurub.

Jurnala maraqlı müsahibə verən Nəsrin Cavadzadə uşaqlıq xatirələrindən də danışıb:

“Bakı uşaqlığımın şəhəridir. Burada hər şey mənə doğmadır. Uşaqlıq xatirələri illərcə yaddaşdan silinmir. Hər dəfə Bakıya gələndə dərindən nəfəs alır, neft qoxulu havanı içimə çəkirəm”.

Aktrisanın yeni fotosessiyasını təqdim edirik:

Ləman Sultan