Məşhur müğənni PKK-nın müdafiəsinə qalxdı – FOTOLAR

29 Yanvar 2016 18:53 (UTC+04:00)

Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül baş nazir Əhməd Davudoğlunun PKK-ya qarşı yürütdüyü siyasəti kəskin tənqid edib.

Publika.az xəbər verir ki, Kırmızgül özünün sosial şəbəkədəki səhifəsində Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatlar aparmasına etirazını bildirib. Ancaq müğənni PKK-nın Türkiyədə törətdiyi terror aktlarına zərrə qədər toxunmayıb. O, PKK-nın Türkiyədə törətdiyi terror aktları nəticəsində həlak olan dinc insanlara görə baş nazir Əhməd Davudoğlunu ittiham edib: “Yaralı uşaqları və yaşlı insanları tərk edib getmək hansı dildə yazılıb? Niyə o insanların hüquqları tapdalanır? Bu qədər zalım və mərhəmətsiz necə oldunuz, ey baş nazir? Mərhəmət və vicdan sahibi olan, üzərlərində Allah qorxusu daşıyan insanların qardaş döyüşünə diqqət göstərməsi lazımdır”.

Vasif Həsənli