Kral baş nazirə ziyafət verdi

1 Fevral 2016 01:15 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun şərəfinə ziyafət verib.

Əhməd Davudoğlu Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfərin son görüşlərini Ər-Riyadda keçirib.

Türkiyənın Baş naziri danışıqlar çərçivəsində Səudiyyə Ərəbistanının Kralı tərəfindən qəbul edilib. Ər-Riyaddakı Kral Sarayında gerçəkləşən qəbulda Salman bin Əbdüləziz Əl Səud Əhməd Davudoğlunun şərəfinə günorta yeməyi verib.