Lənkəranda maşın kanala aşdı

1 Fevral 2016 04:45 (UTC+04:00)

Lənkəranda minik maşını kanala aşıb.

Report-un məlumatına görə, hadisə rayonunun Sütəmurdov kəndi ərazisində baş verib.

Şəhər istiqamətində hərəkətdə olan "Mersedes" 90 GE 976 nömrə nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərən VAZ-2107 markalı 42 BT 452 nömrə nişanlı avtomaşınla toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, ötmə əməliyyatı zamanı böyük sürətlə hərəkətdə olan "Mersedes" VAZ-ı yoldan çıxaraq aşmasına səbəb olub.

Su kollektoruna aşaraq düşən avtomaşından sürücü çıxarılıb. Xoşbəxtlikdən qəzada ciddi xəsarət qeydə alınmayıb. Faktla bağlı DYP əməkdaşları araşdırma aparır. Qəzanın səbəbi avtoekspertizadan sonra məlum olacaq.