Bakının şimal girişində tıxac var

1 Fevral 2016 10:49 (UTC+04:00)

Bakının bəzi küçələrində tıxac müşahidə olunur.

Publika.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Nəsibbəy Yusifbəyli, Xudu Məmmədov, Əziz Əliyev, Akademik Həsən Əliyev, Molla Pənah Vaqif küçəsi - Fətəli Xan Xoyski, Hüseyn Cavid, Azadlıq prospektlərində və Bakı-Sumqayıt şosesində avtomobillərin hərəkətində məhdudiyyət var.

Asfalt örtüyünün yenilənməsi və təmir işləri ilə əlaqədar Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Neftçilər prospekti - Zərifə Əliyeva küçəsi ilə kəsişməsi və Formula -1yarışması ilə əlaqədar Əziz Əliyev küçəsi istiqamətində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva