“Toyota” istehsalı dayandırdı - zavodda PARTLAYIŞ

1 Fevral 2016 10:58 (UTC+04:00)

Bu yaxınlarda “Toyota” şirkəti avtomobillərinin mühərrikləri və ötürücü qutusu üçün hissələrin hazırlandığı zavodda baş verən partlayış şirkəti altı gün müddətində Yaponiyada istehsalı dayandırmağa məcbur edib.

Aiçi prefekturasında yerləşən “Aichi Steel” şirkətinin poladəritmə zavodunda yanvarın 8-də baş verən partlayış poladəritmə sexinin və istehsal binasının tavanının zədələnməsinə səbəb olub. Bərpa işlərinin martın sonlarında başa çatdırılacağı gözlənilir.

“Toyota” şirkətinin Yaponiyada yerləşən zavodlarında gün ərzində 13-14 min avtomobil buraxılır. (azərtac)