TƏSDİQLƏNDİ: Qvardiola “Mançester Siti”ylə 3 illik anlaşdı - FOTO

1 Fevral 2016 18:34 (UTC+04:00)

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiolanın yeni mövsümdən “Mançester Siti”ni çalışdıracağı dəqiqləşib.

Publika.az xəbər verir ki, son həftədə ispan mütəxəssislə bütün müqavilə şərtlərini yoluna qoyan ingilislər 3 illik razılaşma əldə edib.

Hazırkı baş məşqçi Manuel Pelleqrini və futbolçulara hörmət olaraq, rəhbərlik bu qərarın indidən publikaya açıqlanmasını məqbul sayıb. Bununla da gəzən söz-söhbətlərin komanda üzərində psixoloji gərginlik yaratması əngəllənib.

Pərviz Hikmət