Alma sirkəsi ilə gözəlləşin!

2 Fevral 2016 12:45 (UTC+04:00)

Sirkə xalq təbabətində hər dərdin dərmanı hesab edilir. Onunla nəinki sağlamlığınızın, həm də gözəlliyinizin qayğısına qala bilərsiniz.

Publika.az alma sirkəsi ilə gözəlləşməyin yollarını təqdim edir:

*Kəpək problemi ilə üzləşmisinizsə, istifadə etdiyiniz şampuna bir miqdar alma sirkəsi əlavə edin. Alma sirkəli şampun sizi kəpəkdən həmişəlik xilas edəcək.

*Ən çox rast gəlinən dəri problemlərindən biri də sızanaqlardır.

Sızanaqları yox etmək üçün 1 armudu stəkan alma sirkəsini yarım stəkan su ilə qarışdırın. Sirkəli suyu pambıq vasitəsilə sızanaqların olduğu nahiyələrə çəkin. Bu sızanaqların qısa müddətdə qurumasına kömək edəcək.

*Dəriniz solğun və ləkəli görünürsə, bir qaba eyni miqdarda alma sirkəsi və su əlavə edib ocağın üzərinə qoyun. Su qaynayanda üzünüzü qaba yaxınlaşdırıb buxarın dəriyə təmas etməsinə şərait yaradın. Bunu 3-4 gün təkrarlasanız, daha sağlam dəriyə qovuşacaqsınız.

*Alma sirkəsindən arıqlamaq üçün də faydalana bilərsiniz. Bir stəkan suyun içərisinə 1 çay qaşığı alma sirkəsi və 1 çay qaşığı bal əlavə edərək səhərlər acqarına için. Bu maddələr mübadiləsinin sürətlənməsinə səbəb olacaq.

Ləman Sultan