Gənclərimiz Mazandaranda güləşəcək

2 Fevral 2016 17:54 (UTC+04:00)

3-6 fevral tarixində İranın Mazandaran şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, turnirdə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək. Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 9 üzvü qonşu respublikaya yollanıb. Heyətdə Əliabbas Rzazadə, Röyal Ağamalıyev (hər ikisi 50 kq), Rakif Eminov (55 kq), Tofiq Sadıqlı (60 kq), Pənah İlyaslı (66 kq), Sənan Əlizadə (74 kq), Murad Xalıqov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Rüstəm Haçberov (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.