Türkiyədə zəlzələ olub

3 Fevral 2016 03:37 (UTC+04:00)

Türkiyədə Malatya vilayətinin Hekimhan şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.

Anadolu agentliyinin yaydığı məlumata görə, zəlzələ yerli vaxtla 16:21-də baş verib. Təbii fəlakətin ocağı 6,79 kilometr dərinlikdə yerləşib. Təlafat və dağıntı barədə məlumat verilmir.