Putin Medvedevin təklifini bəyəndi

3 Fevral 2016 04:18 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin baş nazir Dimitri Medvedevin bir neçə dövlət idarəsi və xitmətlərin birləşdirilməsi ilə bağlı planını müsbət qarşılayıb.

Publika.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Medvedev fevralın 2-də Sərhəd Xidmətləri Agentliyinin buraxılması və onun işinin Nəqliyyat Nazirliyinə verilməsini təklif edib. O həmçinin "Rosfinnadzor"u Federal Xəzinədarlıq İdarəsi ilə birləşməyə çağırıb.

Qeyd edək ki, dünya bazarında neftin kəskin ucuzlaşması və Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyaya ciddi ziyan vurur.