Pentaqon Rusiyanın təcavüzünə qarşı 2017-ci il üçün 3,4 milyard vəsait istəyir.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib. O qeyd edib ki, ABŞz NATO-dakı müttəfiqlərini müdafiə etmək üçün Avropada mövqeyini möhkəmləndirməlidir.
Karter qeyd edib ki, bu həm də ABŞ-ın Şərqi Avropada iştirakını artıracaq.
Qeyd edək ki, Rusiyanın təcavüzünə qarşı bu vəsait Pentaqonun 2017-ci ildə nail olmaq istədiyi 582 milyard 700 milyonluq hərbi büdcənin tərkib hissəsidir.
Müdafiə naziri ABŞ ordusunun üzləşdiyi problemlərin Rusiya, Çin, Şimali Koreya,İran və “İslam Dövləti” qrupundan gəldiyini deyib.