Çindən növbəti fantastik transfer - 42 milyon avro!

3 Fevral 2016 19:12 (UTC+04:00)

2016-cı ilin yanvar ayında futbol aləmində əsas mövzulardan biri Çinin transferlərə xərclədiyi pullar oldu.

Publika.az xəbər verir ki, bu gün daha bir fantastik keçid reallaşıb. Çinin “Quançjou Everqrand” klubu “Atletiko”nun hücumçusu Cekson Martinez 42 milyon avro müqabilində heyətinə qatıb.

Ötən il “Portu”dan 35 milyon avroya Madrid klubuna transfer olan Kolumbiya millisinin üzvünün növbəti dayanacağı Çin olub.

Martines cari mövsümdə “Atletiko”nun heyətində 22 rəsmi oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürməylə yadda qalıb.

Ulduz forvard yeni komandasında dünya futboluna yaxşı tanış olan Paulinyoyla çiyin-çiyinə oynayacaq.

Bundan əvvəl Çin klublarının reallaşdırdığı səs-küylü transferlərə bir daha nəzər salaq.

Cekson Martinez (Quançjou Everqrand) - 42 milyon avro

Ramires (Jianqsu Sunninq) - 28 milyon

Elkeson (Quançjou) - 18.5 milyon

Jervinyo (Hebey Çina) - 18 milyon

Fredi Quarin (Şanxay Şenxua) - 13 milyon