Fırtına XƏBƏRDARLIĞI: Dəniz reysləri təxirə salındı

4 Fevral 2016 09:30 (UTC+04:00)

Türkiyənin İstanbul bölgəsində güclü fırtına olacağı barədə xəbərdarlıq edilib.

Publika.az xəbər verir ki, fırtına xəbərdarlığı ilə əlaqədar İstanbul Dənizlə Sərnişin Daşınması Xidməti səfər reyslərini təxirə salıb.

Xidmətdən verilən açıqlamaya görə, bu gün saat 07.30 (Türkiyə saatı ilə) üçün nəzərdə tutulan Bandırma-Yenikapı-Bostancı dəniz reysi ləğv edilib.

Vasif Həsənli