Kreditlərin həcmi niyə artıb? - SƏBƏB

4 Fevral 2016 14:07 (UTC+04:00)

Azərbaycan əhalisinin banklara yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2015-ci ilin dekabr ayı ərzində 2 384,4 mln. manat (7089,5 milyon manat) və ya 33,63% artaraq 2016-cı il yanvarın 1-nə 9 473,9 mln. manat təşkil edib.

Publika.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə əmanətlərin həcmi azalıb. Lakin dekabrda baş verən devalvasiya əmanətlərin həcminə təsir göstərib. Belə ki, əhalinin xarici valyutada olan əmanətləri devalvasiyadan sonra manat ekvivalentində dəyərini artırıb.

Onu da deyək ki, keçən ilin əvvəli ilə müqayisədə ilin sonuna əmanətlərin həcmi 2 285,6 mln. manat və ya 31,8% artıb.

İqtisadiyyat şöbəsi