“Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya, həmçinin
Dnestryanı münaqişələri dondurulmuş deyil. Çünki faktiki olaraq bu
münaqişələr insanlara əziyyət verir və regionun inkişafına maneələr
yaradır”.
Publika.az xəbər verir ki, bu barədə ATƏT-ə
sədrlik edən Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer
“Huffington Post” nəşrində dərc olunan məqaləsində yazıb.
ATƏT-ə sədrlik edən ölkənin baş diplomatı gərginliyin azalmasına
maraqlı olduqlarını diqqətə çatdırıb: “Biz atəşin dayandırılmasını,
vəziyyətin sabitləşməsini, insanların gündəlik həyatının yoluna
qoyulmasının istəyirik”.
Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxunan alman nazir
Azərbaycan-Ermənistan sərhədində və təmas xəttindəki toqquşmalardan
ATƏT-in narahat olduğunu dilə gətirib.
“Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə
ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqların
intensivləşdirilməsini dəstəkləyir”, - deyə o bildirib.
Asif