FİFA-nın yeni reytinqi – Köhnə hamam, köhnə tas

4 Fevral 2016 16:06 (UTC+04:00)

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan yığması 116-cı pillədə qərarlaşıb.

Hesabında 296 xal olan komandamız yanvarın 7-də açıqlanan cədvəldəki mövqeyini qoruyub. Robert Prosineçkinin yetirmələri bu müddətdə heç bir rəsmi matça çıxmayıb.

“İlk onluq”da da heç bir dəyişiklik olmayıb. Planetin nəhəngləri mövqelərini qoruyub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marinonun yeri və xalı dəyişməz qalıb. Çexiya və Şimali İrlandiya isə Fil Dişi Sahilinin geriləməsi hesabına 1 pillə irəliləyib. Digər rəqiblərimizdən fərqli olaraq, xal hesabı artan Norveç də 4 addım irəliləyib.

“İlk onluq”

1 (1). Belçika – 1494

2 (2). Argentina – 1455

3 (3). İspaniya – 1370

4 (4). Almaniya – 1347

5 (5). Çili – 1293

6 (6). Braziliya – 1251

7 (7). Portuqaliya – 1219

8 (8). Kolumbiya – 1211

9 (9). İngiltərə – 1106

10 (10). Avstriya – 1091

DÇ-2018. Avropa zonası, C qrupu

4 (4). Almaniya – 1347

25 (26). Çexiya - 860

29 (30). Şimali İrlandiya - 825

50 (54). Norveç - 597

198 (198). San-Marino - 28

Millimiz və “qonşuları”

111 (105). Anqola - 306

112 (111). Mərkəzi Afrika Respublikası - 302

113 (113). Çad – 301

114 (115). Aruba – 298

114 (117). Türkmənistan – 298

116 (116). AZƏRBAYCAN – 296

117 (121). Syerra-Leone - 290

118 (119). Sent-Kitts və Nevis – 289

119 (110). Burundi - 288

120 (121). Tailand – 286

120 (120). Gürcüstan – 286