Neft ucuzlaşdı

5 Fevral 2016 09:36 (UTC+04:00)

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar azalaraq 31,36 dollar təşkil edib.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neft də ucuzlaşıb. Bu neftin 1 barelinin dəyəri 0,05 dollar azalaraq 34,41 dollar olub.

Qızıl da dəyər itirib. Qiymətli metalın bir unsiyasının dəyəri 1,20 dollar düşərək 1156,30 dollar olub.

İqtisadiyyat şöbəsi