Avro bahalaşdı, dollar ucuzlaşdı

5 Fevral 2016 09:52 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, fevralın 5-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, fevralın 4-ü ilə müqayisədə ABŞ dollarının rəsmi məzənnəsi 0,0005 manat azalaraq 1,5853 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 0,0167 manat möhkəmlənərək 1,7749 manata yüksəlib.

İqtisadiyyat şöbəsi