ABŞ vətəndaşlarını Türkiyəyə getməməyə çağırdı

5 Fevral 2016 11:00 (UTC+04:00)

ABŞ-ın Xarici İşlər Nazirliyi artan terror təhlükəsi və təhdidləri ilə əlaqədar ölkə vətəndaşlarını Türkiyənin cənub-şərqinə səfər etməməyə çağırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ-ın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını bu məsələdə diqqətli olmağa səsləyib.

Nazirliyin açıqlamasında deyilir ki, ölkə daxilində səfər edən ABŞ vətəndaşları da terror təhlükəsi ilə əlaqədar diqqətli və oyanıq olmalıdır: “Çünki terrorçular tanınmış turizm məkanlarını, ABŞ-a aid olan binaları, polis və digər vəzifəli şəxslərin olduğu ünvanları hədəfə alıblar. Türkiyədə olan ABŞ vətəndaşlarının Suriya ilə sərhədə yaxın ərazilərə getməmələri, turizm məkanlarında oyanıq olmaları tövsiyə edilir”.

Vasif Həsənli