Davudoğlu: ”Erməni-kürd lobbi ittifaqı yaradırlar”

5 Fevral 2016 14:30 (UTC+04:00)

“İmralıdan aldıqları təlimat məsələni həll etməyə kifayət etmir. Bunlar başqa yerlərdən də təlimat alırlar”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

“Abdullah Öcalan tərəfindən verilən təlimatlar diqqətə alınmır. Bunlar başqa yerlərdən də göstəriş alırlar. Görüşdükləri lobbilərdən təlimat alırlar. Türkiyə kimin qarşısındadırsa, onunla görüşürlər. Az qala, erməni-kürd lobbi ittifaqı yaradırlar. Niyə daha əvvəllər Moskvaya getmirdilər? Çünki əlaqəmiz yaxşı idi”, - Davudoğlu söyləyib.

Türkiyənin baş nazirinin sözlərinə görə, təlimatları İmralıdan almırlarsa, o halda İmralı ilə görüşməyin də mənası yoxdur.

Ömər Dağlı