Bu fotoları gördükdən sonra “fast-food” yeməyəcəksiniz

6 Fevral 2016 07:55 (UTC+04:00)

Kökəlmək istəmiriksə, qəbul etdiyimiz kaloriləri günün sonuna kimi xərcləməliyik. Kişilər gündə 2000, qadınlar isə 1500 kalori qəbul etməlidir.

Ancaq “fast-food”la qidalandıqda aldığımız kaloriləri xərcləyə bilmirik. Çünki belə qidalar kalori baxımından zəngin olsalar da, insanı tox saxlamır və gün ərzində çox yeməyə səbəb olur.

Publika.az-ın təqdim etdiyi fotoları gördükdən sonra “fast-food” yeməzdən öncə yaxşıca düşünəcəksiniz.

Çünki bu fotolar belə qidalardan əldə etdiyiniz kaloriləri xərcləmək üçün nə qədər qaçmalı olduğunuzu əks etdirir.

Ləman Sultan