Oteldə faciə: 17 ölü, 10 yaralı - VİDEO

6 Fevral 2016 09:12 (UTC+04:00)

Şimali İraq regional kürd rəhbərliyinin paytaxtı Ərbil şəhərində yerləşən “Capitol Otel”də güclü yanğın baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 14-ü xarici ölkə vətəndaşı olmaqla 17 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Ərbil valisi Nevzat Hadi jurnalistlərə açıqlamasında yanğının otelin masaj salonunda başladığını deyib. Yanğının yerli vaxtla saat 16:00-da başladığını və iki saatdan sonra söndürüldüyünü deyən Hadi otel binasındakı insanların tamamilə təxliyə edildiyini bildirib.

İlkin ehtimallara görə, yanğının səbəbi elektrik xətlərindəki qısaqapanma olub.