Sabahdan hava pisləşir: yağış, sulu qar və qar – PROQNOZ

6 Fevral 2016 12:34 (UTC+04:00)

Sabah Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Publika.az-ın Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir, Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 2-6, gündüz 6-10, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacaq.