Nəsimi rayonunda yanğın hadisəsi

7 Fevral 2016 18:33 (UTC+04:00)

Bu gün Nəsimi rayonunda mənzil yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 0.5 kv.m sahədə döşəmə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:30-da söndürülüb.