6 bank 11,9 milyon dollar aldı - HƏRRAC

8 Fevral 2016 12:37 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

AMB-dən Publika.az-a verilən məlumata görə, bank tərəfindən hərraca 200 milyon ABŞ dolları çıxarılıb. Hərracda iştirak edən 6 bank tərəfindən məcmu tələb 11,9 mln. ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz nisbətində təmin olunub.

İqtisadiyyat şöbəsi