Azad Rəhimov: “Azərbaycanda Formula-1 5 il məcburi keçiriləcək”

8 Fevral 2016 12:40 (UTC+04:00)

Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 yarışlarıyla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, nazir qarşıdakı 5 ildə bu yarışın Bakıda keçirilməli olduğunu bildirib:

“Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda Formula 1 yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik".

A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər:

"Yarış ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilati xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".