Ermənilər Türkiyəni partladacaq - “Bahar planı” barədə ŞOK HESABAT

9 Fevral 2016 11:51 (UTC+04:00)

Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatı (MİT) Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C), Marksist-Leninçi Kommunist Partiyası (MLKP), TİKKO və İnqilabçı Qərargah terror təşkilatlarının qanlı planlarını ifşa edib.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, terror təşkilatları Qəndildə PKK ilə görüşərək yazda böyük səs-küy gətirəcək terror aktlarının həyata keçirilməsi barədə razılaşıblar.

MİT və Türkiyə Milli Kəşfiyyat İdarəsi planlaşdırılan terror aktları barədə hesabat hazırlayaraq Daxili İşlər Nazirliyinə təqdim edib. Məlumata görə, DHKP-C, MLKP, TİKKO, PKK və İnqilabçı Qərargah terror təşkilatlarının nümayəndələri yanvarın 15-də Qəndildə görüşüb. Görüşdə PKK-nın Türkiyənin qərb vilayətlərinə göndərdiyi “fədai taqımları” ilə terror təşkilatlarının “ortaq strategiya” həyata keçirilməsi razılaşdırılıb. Böyük vilayətlərdə partlayıcı yüklü avtomobillərdən istifadə edilməsi mövzusunda razılıq əldə olunub.

Hesabata görə, “terror ittifaqı” Diyarbəkr, Şırnak, Hakkari, Batman, Sirt, Mardin, Muş və Ağrı vilayətlərində mart ayının ilk həftəsindən başlayaraq terror aktları həyata keçirməyi planlaşdırır. Məqsəd sözügedən ərazilərdə “azad edilmiş” bölgəni elan etməkdir.

Qeyd edək ki, “terror ittifaqı”nda yer alan TİKKO erməni terror təşkilatı kimi tanınır.

Ömər Dağlı