Polis yeməkxanasının yanında partlayış: 7 ölü

9 Fevral 2016 17:08 (UTC+04:00)

Suriyada paytaxt Dəməşqin şimal şərqində yerləşən Berze səmtindəki polis yeməkxanasının yanında bomba yüklənmiş avtomobil parladılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Partlayışdan sonra bir neçə evdə, avtomobillərdə və ofislərdə yanğın olub.

Partlayışın İŞİD tərəfindən törədildiyi ehtimal edilir.

Vasif Həsənli