Təmirə bağlanan eskalator sabahdan işləyəcək

9 Fevral 2016 18:21 (UTC+04:00)

Bakı metrosunun "Nizami" stansiyasındakı 1 saylı eskalator sabahdan sərnişinlərin istifadəsində olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qeyd edək ki, eskalator ötən il oktyabrın 15-dən əsaslı təmirə dayandırılmışdı.