Faiq Ağayev: “Gəl, səni xoşbəxt eləyim”- VIDEO

9 Fevral 2016 22:57 (UTC+04:00)

Xalq artisti Faiq Ağayev “Gəl, səni xoşbəxt eləyim” adlı yeni mahnı ifa edib.

Publika.az-a açıqlama verən xalq artisti bildirib ki, ifa etdiyi yeni bəstənin sözləri Altay Yaşara, musiqisi Fərid Kərimliyə, aranjemanı isə Givi Usenaşviliyə məxsusdur: “Bu, bəstəkar Fərid Kərimli ilə ilk işimdir. Bəstəni bir il öncə mənə təhvil verdi, çox xoşuma gəldi. Artıq mahnı üçün hazırladığımız video-çarxı bu gün təqdim edirik. Bəstənin tam hazır versiyası isə yaxın günlərdə 106.3 radiosunda səslənəcək. Ümidvaram ki, ifa etdiyim bu mahnı ürəyində sevgi daşıyan hər kəsin xoşuna gələcək”.

Cəvahir