Dollar ucuzlaşmaqda davam edir

10 Fevral 2016 10:00 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, fevralın 10-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dolları 0,0085 qəpik ucuzlaşaraq 1,5702 manata düşüb.

Avro isə 0,0039 qəpik bahalaşaraq 1,7734 manat olub.