Bu ölkəyə içkiylə gedənlər cərimələnəcək

10 Fevral 2016 10:59 (UTC+04:00)

2022-ci ildə Qətərdə düzənlənəcək dünya çempionatı zamanı nümayişkaranə şəkildə alkoqollu içki qəbul edənlər cəzalanacaq.

Publika.az xəbər verir ki, turnirin keçirildiyi müddətdə Qətərdə spirtli içkiyə meyilli azarkeşlər üçün xüsusi məhkəmələr fəaliyyət göstərəcək. Bu barədə dünya çempionatının təşkilat komitəsinin başçısı Hassan Əl-Tavadi açıqlama verib:

“DÇ-2010-da CAR-da da bu işlə məşğul olan məhkəmələr var idi. Biz artıq FİFA ilə bizdə də belə komisiyaların yaradılması haqda müzakirə aparmışıq. İctimai asayişi pozan hər kəslə hüquq-mühafizə orqanlarımız məşğul olacaq”.

DÇ-2010-da CAR-da əcnəbi azarkeşlərin “əl-ayağını yığmaq” üçün 56 belə məhkəmə yaradılmışdı.

Qeyd edək ki, DÇ-2022-yə ev sahibliyi edəcək Qətərdə spirtli içkilərin aşkar istifadəsi, həmçinin başqa ölkədən gətirilməsi qanunla qadağandır.

Pərviz Hikmət