74 yaşlı qadına qarşı 75 min dollarlıq dələduzluq - BAKIDA

10 Fevral 2016 12:50 (UTC+04:00)

Bakı şəhər sakininə qarşı dələduzluq edilib.

“Report”un xəbərinə görə, 74 yaşlı Məmmədova Sona Ələkbər qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 2008-ci ildə İldırım adlı şəxsin onun Azadlıq prospekti ev 14/170-də yerləşən mənzilini girov qoyaraq “Unibank” ASC-dən 75 min ABŞ dolları pul götürdüyünü deyib. O bildirib ki, həmin şəxs bankın pulunu qaytarmır. Bu səbəbdən də bank qadının mənzilini əlindən ala bilər.

Faktla bağlı araşdırma aparılır.