İlham Əliyev İrana səfər edəcək

10 Fevral 2016 19:57 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın sonunda İrana səfər edəcək.

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə gprə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında reallaşacaq: “Rəsmi səfər zamanı iqtisadiyyat və enerji sahəsində sənədlər imzalanacaq".