“Günəşli” yatağındakı yanğın söndürüldü

10 Fevral 2016 20:13 (UTC+04:00)

Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb.

Publika.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin vaxtdan bəri yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

"Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsində bu gün saat 19:24-də yanğın tamamilə söndürülüb".

Qeyd edək ki, ötən il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğlnla nəticələnib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub və 19 nəfəri itkin düşüb.