Brilliantın ər axtaran bacısı: “Evlilik proqramından ayrılacam”

11 Fevral 2016 17:51 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova "Zuhal Topalla izdivac" verilişindən ayrılacağını deyib.

O, Teleqraf.com-a açıqlamasında bugünkü verilişdə hər şeyə aydınlıq gətirəcəyini bildirib: “Dünən hər şey tamamilə yanlış anlaşılıb. Jurnalistlər səhv məlumat verib. Birinci zəng edən insanın adı Əsgər idi, mən onu tanımıram. O, həkim qadın üçün zəng etmişdi. Onlar "27 illik sevgi" dedilər, mənim də yadıma Asim düşdü. O, iranli idi, hər yerdə qarşıma çıxırdı, zəng vururdu. Onun əlindən evdən çıxa bilmirdim. Qarşıma çıxıb deyirdi ki, özümü öldürəcəm, ərindən ayrılıb, mənə gəlməlisən. Mən də ona dəli kimi baxırdım. Məndən 7 il əl çəkmədi. Hətta bu işə polis qarışdı. Ondan sonra bunu qohum-əqraba bildi. O insan xəstəxanada da yatdı. Mən sonuncu uşağı dünyaya gətirdikdən sonra o başa düşdü ki, mən öz həyat yoldaşımı sevirəm və bu məsələ bitdi.

Sadəcə, verilişdə "böyük sevgi hekayəsi" deyəndə, ağlıma məni sevdiyinə görə özünə qəsd edən insan gəldi. Bunları izah edə bilmədim.

Rafael Dadaşovdan 15 ildir ki, ayrılmışam. Çünki onu həmişə qısqanmışam. Amma bizim dostluq münasibətimiz davam edir. Əmioğlu-əmiqızıyıq. Ömürlük də dost qalacağıq, çünki o, mənim övladlarımın atasıdır. Bizim dörd övladımız var, tamamilə ayrılmamışıq. Çox istəyirəm ki, ailə qurum və yanımda həyat yoldaşım olsun. Türkiyədə evlilik proqramlarına 70-75 yaşında xanımlar və kişilər gəlir. Onlara heç kim irad tutmur və rişxənd eləmir. Biz buna pis gözlə, pis niyyətlə yanaşmamalıyıq. Dünənki proqramda sözlərim yanlış başa düşüldü. Mən fikrimi başa sala bilmirəm və ortaya başqa şeylər çıxır. Ona görə də proqramdan ayrılacam. Bu gün hər şeyin açıqlamasını verəcəm”.